Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 00:18

İran AEBA-nın baş direktoru Qrossini günahlandırır


AEBA-nın baş direktoru Rafael Qrossi
AEBA-nın baş direktoru Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın tikilməkdə olan Xondab (əvvəlki adı Arak) ağır su tədqiqat reaktorunun vurulması barədə məlumatlı olduğunu bildirib.

"Reaktor istismarda olmayıb və nüvə materialı ehtiva etmədiyi üçün radioloji təsir yoxdur. Hazırda AEBA-nın Xondab ağır su istehsalı zavodunun zərbə aldığına dair heç bir məlumatı yoxdur", - BMT-nin nüvə proqramlarına nəzarət institutu X platfomasındakı paylaşımında yazıb.

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi isə AEBA-nı yalan hesabat hazırlamaqda ittiham edib və bildirib ki, bu hesabat əsasında hazırlanan qətnamədən İsrail İrana hücumda bəhanə kimi istifadə edib.

"Artıq gecdir, cənab Qrossi"

Rafael Qrossinin "Bizim İranın nüvə silahı hazırlamaq istiqamətində sistemli bir səylə məşğul olduğuna dair heç bir sübutumuz yoxdur" şərhinə reaksiya verən İran XİN sözçüsü bu etirafın artıq gec olduğunu deyib: "Bu, artıq gecdir, cənab Qrossi. Siz bu həqiqəti tamamilə qərəzli hesabatınızda gizlətmisiniz. Bu hesabat E3 (Almaniya, Britaniya və Fransa)/ABŞ tərəfindən əsassız ittihamlar əsasında qətnamə hazırlamaq üçün alətə çevrilib".

İranlı rəsmi AEBA-nın baş direktorunu "nüvə silahlarının yayılmasının qarşısının alınması rejiminə xəyanət etməkdə, İrana qarşı başladılan müharibədə AEBA-nı tərəfdaşa çevirməkdə ittiham edib.

İranın keçmiş xarici işlər naziri və vitse-prezidenti Cavad Zərif də Qrossini məsuliyyətsizlikdə və yanlış hesabatda günahlandırıb.

"Rafael Qrossinin məsuliyyətsiz və yanlış AEBA hesabatı Agentliyə bərpaolunmaz ziyan vurub. Qrossi İsrailin təcavüzü nəticəsində İranda günahsız insanların ölümü üçün bəhanə kimi istifadə olunan bu hesabatda iştirakına görə cavab verməlidir" - Zərif X sosial media hesabında yazıb.


XS
SM
MD
LG